...

2009-cu il Yaxın Şərqdə münaqişənin həll olunmasında inkişaf ili olmalıdır – Yaxın Şərq kvartetinin nümayəndəsi Toni Bler

ICT Materials 1 April 2009 17:45 (UTC +04:00)

Belçika, Brüssel, 01 aprel / Trend , müxbir А.İsmayılova /

"2009-cu il Yaxın Şərqdə Fələstin-İsrail münaqişəsinin həll olunmasında inkişaf ili olmalıdır", - çərşənbə günü Brüsseldə Yaxın Şərq kvartetinin nümayəndəsi Toni Bler deyib.

"ABŞ-da yeni administrasiyanın seçilməsi, həmçinin İsraildə yeni hökumətin formalaşdırılması danışıqların startını mümkün edir", - o, hesab edir. Blerin sözlərinə görə, danışıqların aparılması üçün Qərb Sahili ilə bağlı fələstinlilərə bu ərazilərə keçməyə imkan verəcək, həmçinin Qəzza sektoru üzrə mövqeyi dəyişdirəcək proqram hazırlamaq lazımdır.

Fələstin əhalisinin Qərb Sahili ərazisində sərbəst hərəkəti məhdudlaşdırılıb. Fələstinlilərin Fələstin Muxtariyyətindən qırağa çıxmağına qadağa qoyan məqamlar da az deyil.

Aİ-nin xarici əlaqələr üzrə komissarı Benita Ferrero Valdner Aİ-nin yeni İsrail hökuməti ilə danışıqlara başlamaq niyyətində olduqlarını təsdiqləyib və Qəzza ərazisinə girişin məhdudlaşdırılmasından narahat olduğunu dilə gətirib.

Çərşənbə axşamı İsrailin sağçı partiyasının lideri Benyamin Netanyahu rəsmən Baş nazir postuna qədəm qoyub. Fələstin Muxtariyyəti ilə sülh dialoqunun davam etdirilməsinin tərəfdarı olmasına baxmayaraq, o, Qərb Sahilinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması və HƏMAS-ın Qəzza Zolağına nəzarətini dayandırmağın lazım olduğunu hesab edərək Fələstin dövlətinin yaradılmasına qarşı çıxır.

"Biz Qəzza əhalisinin hələ də əziyyət çəkdiyinə görə narahatıq", - Valdner deyib. Onun sözlərinə görə, Avropa İttifaqı İsraildən öz öhdəliklərini yerinə yetirməsini gözləyir.

İsrailin əsas öhdəliklərinə müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək, Qəzza Zolağından blokadanın götürülməsi və Qərb sahilində yəhudi məskunlaşmalarının dayandırılması aiddir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Latest

Latest